CHP İstanbul seçkilərini boykot etməyəcək – Qərar verildi

7-05-2019, 15:26           
CHP İstanbul seçkilərini boykot etməyəcək – Qərar verildi
Cümhuriyyət Xalq partiyası (CHP) İstanbulda keçiriləcək bələdiyyə seçkilərini boykot etməyəcək.

Teref.az Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki, CHP-nin fövqəladə toplantısının yekunlarına dair açıqlamada belə qeyd olunub. Bildirilib ki, partiya iyunun 23-də keçiriləcək seçkilərdə iştirak edəcək.

Partiya sədri Kamal Kılıçdaroğlunun rəhbərliyi ilə təşkil olunan toplantıda sədrlik hüququ ləğv edilən Əkrəm İmamoğlu da iştirak edib.

Xatırladaq ki, Ali Seçki Komissiyası hakim Ədalət və İnkişaf partiyasının seçkilərdə yol verilən qanun pozuntuları barədə dəlillərini əsas tutaraq, 31 martda İstanbulda keçirilən bələdiyyə seçkilərinin nəticələrini ləğv edib. CHP-nin təkrar keçiriləcək seçkiləri boykot edəcəyi barədə iddialar yayılmışdı. /Redaktor.az/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.