Bu endirimlərin davamı gələcək - Yıldırım

16-05-2019, 07:56           
Bu endirimlərin davamı gələcək - Yıldırım
İstanbul böyükşəhər bələdiyyə məclisinin əhaliyə verilən suyun qiymətlərini 46 faiz uculaşdırmasının davamı gələcək.

Axar.az xəbər verir ki, bunu İstanbul böyükşəhər bələdiyyəsinin sədrliyinə namizəd olan Binəli Yıldırım bildirib.

"AKP-nin təklifi ilə 2 gün ərzində həyata keçən yeniliklərin davamı gələcək", - Yıldırım deyib.

Qeyd edək ki, bundan öncə CHP-nin namizədi Ə.İmamoğlu şagirdlər üçün İstanbul nəqliyyatında endirimlər edəcəyini vəd edib.

İstanbulda təkrar bələdiyyə seçkiləri 23 iyunda keçiriləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.