Perincek rus mətbuatına müsahibə verdi: “Krımı Rusiya ərazisi kimi tanımağın vaxtı çatıb”

17-05-2019, 00:00           
Perincek rus mətbuatına müsahibə verdi: “Krımı Rusiya ərazisi kimi tanımağın vaxtı çatıb”
Mayın 13-də Rusiyanın “Komsonolskaya Pravda” qəzeti Türkiyədə fəaliyyət göstərən “Vatan” partiyasının başçısı Doğu Perincekdən müsahibə alıb.

Jurnalistin “Qərb və Ukrayna mediası Krım tatarlarının təzyiqə məruz qaldığını yazmağa davam edir. Siz nə fikirdəsiniz” sualının cavabında Perincək deyib: “ABŞ Krımın Ukraynanın tabeliyində və beləliklə öz nəzarəti altında olmasını istəyirdi. Rusiya Krımı ABŞ-ın nəzarətinə vermədiyi üçün ittihamlara məruz qalır. Rusiyanın Krım xalqları üzərində hər hansı bir təzyiqindən söhbət gedə bilməz. Tamamilə əksinə, Krım tatarlarının Rusiya Federasiyası daxilində qalmaları öz azadlıqları baxımından mühümdür”.

Perincə daha sonra aşağıdakıları söyləyib:

“Rusiya müxtəlif xalqları bir arada yaşatmaq təcrübəsi olan böyük bir ölkədir. Sizin ölkənizdə çox sayda tatar – krımlılarla yanaşı, kazanlılar da yaşayır. Krım tatarları üçün Rusiya daxilində olmaq, Ukraynada olmaqdan daha təhlükəsizdir. Çünki Ukrayna ABŞ-ın nəzarətində olan kiçik bir ölkədir. Vaşinqtondan asılı olan ölkələrdə isə təzyiq, insan hüquqlarının pozuntusu və qeyri-bərabərlik hökm sürür. Buna görə də krımlıların və digər tatarların müstəqil Rusiyanın vətəndaşları olması daha yaxşıdır”.

“Krımın Rusiya ərazilərinə daxil olmasının üzərindən 5 il keçib. Sizcə, Türkiyənin Krımı Rusiyanın bir parçası olaraq qəbul eləməsinin vaxtı çatmadımı” sualının cavabında Perincek belə deyib: “Əlbəttə gəldi. Çünki bölgəmizdəki və dünyadakı problemlərin həlli baxımından zaman çox dardır. Rusiya və Türkiyə arasındakı ittifaq strateji dəyərdədir. Bu baxımdan Krımın ABŞ-ın nəzarətinə keçməməsi Türkiyə üçün son dərəcədə mühümdür. Buna görə də, Krımı Rusiyanın bir parçası olaraq tanımağı gecikdirmək Ankara üçün baha başa gələ bilər. Məncə, artıq vaxt yetişib”.

Hurriyyet.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.