Ərdoğanın təklifinə Rusiyadan cavab gəldi - S-400-dən sonra S-500 sistemi

20-05-2019, 13:05           
Ərdoğanın təklifinə Rusiyadan cavab gəldi - S-400-dən sonra S-500 sistemi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “S-400-dən sonra S-500 müzakirə mövzusudur. S-500-də də yenə bir ortaq istehsal məsələsi gündəmdə olacaq” sözlərinin cavabında Rusiya tərəfi belə bir əməkdaşlığın mümkün ola biləcəyini söyləyib.

“Russia Today” (RT – “Rossiya Tudey” – “Rusiya bu gün”) kanalına müshibə verən rus hərbi ekspertləri məsələ ilə bağlı rəy bildiriblər.

Hindistan nümunəsi

Rusiyanın “Arselan Oteçestva” hərbi jurnalının əməkdaşı Aleksey Leonkov, raket hücumundan mühafiə sistemlərinin ortaq istehsalı sayəsində əməkdaşlığın genişləndirilməsinin nəzəri oldaraq mümkün olduğunu söyləyib. Leonkov Rusiyanın Hindistanda buna bənzər təcrübəsinin olduğunu deyib: “Məsələn, Hindistanda tank hissələri istehsalımız vardır. Su-30MKİ tankı istehsal edilir, hindlilər tankı öz avadanlıqları ilə tamamlayırlar və öz silah sistemlərinə uyğunlaşdırırlar. Yəni, Rusiyanın başqa ölkələrlə birlikdə hərbi texnika istehsalı sayəsində təcrübəsi var”.

Hurriyyet.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.