Əsədin hücumuna Türkiyədən reaksiya: Ən ağır şəkildə...

28-06-2019, 07:54           
Əsədin hücumuna Türkiyədən reaksiya: Ən ağır şəkildə...
Suriyanın İdlib bölgəsində Türkiyəyə məxsus 10 nömrəli müşahidə məntəqəsi hökumətin silahlı qüvvələri tərəfindən vurulub.

Axar.az “Superhaber.tv”yə istinadən xəbər verir ki, hücumda 2 türk əsgəri yaralanıb.

Yaralıların təxliyəsi üçün Malatyadan əraziyə 2 ədəd ATAK helikopteri göndərilib.

Bundan əlavə, Türkiyə Silahlı Qüvvələrinə məxsus iki qırıcı da olay yerində nəzarətə başlayıb.

***

Hücumu edənlər ağır şəkildə cəzalandırılacaq.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik qeyd edir ki, hücumla bağlı Rusiyanın Ankara attaşesi Baş Qərargah Rəhbərliyinə çağırılıb və hücumun Rusiyanın nəzarətindəki ərazilərdən edildiyi bildirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.