Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Azərbaycanda səfərdədir - FOTO

4-09-2019, 07:54           
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Azərbaycanda səfərdədir - FOTO
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdad Amreyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

"Report" xəbər verir ki, nümayəndə heyəti sentyabrın 3-də Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 10 illiyi münasibətilə Azərbaycanda keçiriləcək Zirvə toplantısına hazırlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsis olunmasının 10 illiyi münasibətilə növbəti Zirvə toplantısı oktyabrın 14-15-də Azərbaycanda keçiriləcək.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün keçirilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi haqqında sərəncam da imzalayıb. Sərəncamda Tədbirlər Planında nəzərdə tutulan işlərin yerinə yetirilməsi üçün müvafiq qurumlara tapşırıqlar verilib.

TDƏŞ müasir türk dövlətlərini birləşdirən beynəlxalq təşkilatdır, onun əsas məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığın inkişafıdır.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.