"Dostum Trampla səmimi və güclü bir dialoqumuz var" - Ərdoğan

10-09-2019, 18:29           
 "Dostum Trampla səmimi və güclü bir dialoqumuz var" - Ərdoğan
“Qarşıdan gələn dönəmdə ABŞ prezidenti Donald Trampın Türkiyəni ziyarət etməklə bizi şərəfləndirəcəyinə inanıram”.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın ticarət naziri Uilbur Rossun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

O bildirib ki, Türkiyə ilə ABŞ əsaslı müttəfiqlik əlaqələrinə malikdir. “Bu ittifaq mütəmadi olaraq çətinliklərlə üzləşib və bu çətinlikləri adlayaraq keçib. Bu gün də çətinlikləri uğurlu şəkildə aradan qaldıracağımıza inanıram. Dostum Trampla səmimi və güclü bir dialoqumuz var. Ölkələrimizi maraqlandıran məsələləri müzakirə edirik. Qarşıdan gələn dönəmdə ABŞ prezidenti cənab Donald Trampın Türkiyəni ziyarət etməklə bizi şərəfləndirəcəyinə inanıram. Bütün səviyyələrdə güclü əlaqələrimiz var”.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.