120 saatın bitməsinə az qalmış PENTAQONDAN açıqlama: Bölgədə qalacağıq!

21-10-2019, 22:06           
120 saatın bitməsinə az qalmış PENTAQONDAN açıqlama: Bölgədə qalacağıq!
ABŞ Müdafiə naziri Mark Esperin verdiyi açıqlamaya görə, Amerika neft yataqlarının təhlükəsizliyini təmin etmək iddiasını irəli sürərək hərbi qüvvələrini bölgədə qoya bilər.

Türkiyə mediası xəbər verir ki, ABŞ Suriyada YPG-li terrorçulara kömək etmək məqsədiylə göndərdiyi hərbi qüvvələrini geri çəkdiyini bildirmişdi.

Oktyabrın 17-də qəbul edilən sazişdən sonra terrorçuların 120 saat ərzində geri çəkilməsinə az qalmış bir müddətdə Pentaqon tərəfindən açıqlama gəlib. Pentaqonun açıqlaması isə ağıllarda sual işarəsi yaradıb. Belə ki, ABŞ Müdafiə naziri Mark Esper bölgədəki neft sahələrinin təhlükəsizliyinin qorunması bəhanəsiylə məhdud sayda hərbi qüvvələrin Suriyada qala biləcəyi ehtimalını bildirib. Pentaqon bu qərarı neft yataqlarının İŞİD silahlılarından qorunması ilə alaqələndirib.

Məsələ ilə bağlı ilk reaksiya məhz Trampdan gəlib: “Atəşkəs gözəl gedir. Tezliklə başa çatacaq bəzi kiçik qarşıdurmalar var. Kürdlər yeni bölgələrə yerləşdirilir. ABŞ əsgərləri döyüş və ya atəşkəs bölgələrində deyil. Neftin təhlükəsizliyini təmin etdik. Əsgərlərimizi evə gətiririk”.

Trampın şəxsi “Twitter”ində etdiyi paylaşım həbçilərin bölgədə qalacağını sübut edən dəlil kimi göstərilir.
шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.