Ağ Evdə Trampla Ərdoğanın görüşü başlayıb

13-11-2019, 22:05           
Ağ Evdə Trampla Ərdoğanın görüşü başlayıb
ABŞ Prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqtonda görüşü başlayıb.

Unikal.org xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanı Ağ Evdə Donald Tarmp xanımı Melania Trampla qarşılayıb.

Qeyd edək ki, görüşdən əvvəl ABŞ prezidenti bildirib ki, Türkiyə prezidenti ilə şəxsi dostluq münasibətləri var və onu Ağ Evdə xanımı Əminə Ərdoğanla qarşılamaqdan şərəf duyur.

Rəcəb Tayyib Ərdoğan isə qeyd etmişdi ki, Ağ Evdə ikitərəfli və heyətlərarası görüşdə öz fikirlərini bildirəcəyini deyib.

Donald Tarmp Suriya ərazisindən ABŞ qoşunlarının geri çəkilməsində haqlı olduğunu bildirib. Görüşdə 100 milyard dollarlıq ticarət həcmindən, F-35 və S-400 mövzularında müzakirələrin olunacağını bildirib. Həmçinin o, Türkiyə ilə birgə İŞİD üzvlərilə mübarizədə uğurlu nəticələr əldə edildiyini deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.