Dəhşətli qətl: Arvadını öldürdü, meyitini ətçəkən maşından keçirdi

23-11-2019, 00:04           
Dəhşətli qətl: Arvadını öldürdü, meyitini ətçəkən maşından keçirdi
Türkiyənin Mersin şəhərində arvadını xüsusi amansızlıqla qətlə yetirən Mustafa Ərtürkün məhkəməsi olub.

Teref.az xəbər verir ki, Cəmilə Ərtürkoğlu ilə boşanma ərəfəsində olan qatil əvvəlcə onun başını kəsib, sonra ətçəkən maşından keçirib.

Mustafa Ərtürkün məhkəməsinə qadın haqları mərkəzini təmsil edən 40 vəkil qadın gəlib.

Mustafa Ərtürk ifadəsində Cəmilə Ərtürkü evlilik ildönümü bəhanəsi ilə evə çağırıb, onun boğazını kəsdiyini, daha sonra parçaladığı cəsədin bir hissəsini ət maşınında çəkdiyini, qalan hissələrini isə şəhərin müəyyən yerlərində zibil yeşiklərinə atdığını soyuqqanlılıqla danışıb.

Məhkəmədə son sözü soruşulan Mustafa Ərtürk istintaq prossesinin həbs olunmadan aparılmasını istəyib.

Məhkəmə dekabrın 6-dək təxirə salınıb. /oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru