İranda yanacaq üsyanının ağır nəticələri və itkin düşən Cənubi Azərbaycan fəallarının siyahısı

7-12-2019, 08:15           
İranda yanacaq üsyanının ağır nəticələri və itkin düşən Cənubi Azərbaycan fəallarının siyahısı
İranda noyabrın 15-də yanacaq qiymətlərinin 200% artırılması ilə başlayan üsyanın üzərindən 3 həftədən artıq zaman keçir. Polis və təhlükəsizlik qüvvələrinin xüsusi qəddarlıqla yatırdığı gərginliyin nəticələri barədə açıqlanan hesabatlar isə qorxuncdur.

Ovqat.com xəbər verir ki, Beynəlxalq Amnistiya Təşkilatının 3 gün öncə açıqladığı hesabata görə, üsyanın yatırılması zamanı ən azı 208 etirazçı həyatını itirib.

İran Ali Məhkəməsi isə bu iddia ilə razılaşmır, ölənlərin sayının qəsdən artırıldığını bildirir. Ali Məhkəmə yetkilisi Qulamhüseyn İsmaili öldürüldüyü bildirilənlərdən bəzilərinin yaşadığını, bəzilərinin də öz əcəliylə dünyasını dəyişdiyini iddia edir.



Ölkənin müxalif qrupları isə nə rəsmi bəyanatla, nə də Beynəlxalq Amnistiya Təşkilatının hesabatı ilə razılaşırlar. Xalqın Mücahidləri adlı təşkilatın iddiasına görə, ölkənin 187 şəhərinə yayılan üsyan nəticəsində öldürülənlərin sayı 750 nəfəri keçib. Təşkilat üsyan nəticəsində qətlə yetirilən 222 nəfərin konkret adlarını açıqlayıb.

Qeyd edək ki, Xalqın Mücahidləri adlı təşkilat İran İslam Respublikasını devirməyi qarşısına məqsəd qoyan yarıislamçı, yarısosialist qurumdur. 1965-ci ildə mühacir iranlılar tərəfindən qurulan bu təşkilat da fars şovinizminə yoluxub və Güney Azərbaycanı məsələsində rəsmi rejimdən daha radikal mövqe sərgiləyir. Dolayısıyla Cənubi Azərbaycanda baş verən üsyanların yatırılmasını dəstəkləyən Xalqın Mücahidləri soydaşlarımızın itkisini normal qəbul etdiyindən onların adını siyahıya salmır. Cənubi Azərbaycan fəallarından aldığımız məlumata görə, Təbrizdə, Urmiyədə, Ərdəbildə və s. şəhərlərdə də xeyli etirazçı həyatını itirib. Milli fəalların böyük əksəriyyəti həbs olunduğundan yanacaq üsyanında nə qədər soydaşımızı itirdiyimizi təsbit etmək mümkün deyil.



Güney Azərbaycan fəalları hələ ki, yanacaq üsyanı zamanı həbs edilən və indiyədək taleyindən xəbər ala bilmədikləri liderlərinin siyahısını tuta biliblər. Onlar arasında Yeni Azərbaycan Birliyinin sədri Qüdrətullah Yusifi də var. Məlumata görə, Qüdrətullah Yusifi və çiyindaşları noyabrın 16-da səhər tezdən İran ittilaatı (milli təhlükəsizlik orqanı) tərəfindən həbs olunublar. İndiyədək harda saxlanıldıqları məlum olmayan bəzi güneyli fəalların adlarını təqdim edirik:

Areş Fərhadzadə

Hadi Hüseyn Nejad

Salar Mirzayi

Nima Rədifi

Mürtəza İbadi

Əbülfəzl Purcəmal

Mürtəza Lütfi

Şahin Vəli Purfərd

Əkbər Kərimpur

Omid Xodayi

Amin Bozorgi

Nadir Purhaci

Məhəmmədhüseyn Etimadpur

Əli Əmiri

Fərşad Vəlipur

Fərhad Vəlipur

Şayan Herisnejad

Səid Qaimməqami

Sayid Şirazi

Mühəmməd Talış

Milad Allahverdi zadeh

Müctəba Pursaleh

Həbib Xətayi

Milad Rəsuli

Ruzbeh Piri

Yaşar Piri

Atila Zareh

Şəhriyar Əhədzadə

Alirza Bağban

Atabəy Təbrizli












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.