Rusiya Liviyada Türkiyəyə qarşı hərəkətə keçdi

5-07-2020, 20:12           
Rusiya Liviyada Türkiyəyə qarşı hərəkətə keçdi
Liviya ordusunun nəzarətində olan Vattiye hərbi bazasına Rusiya qırıcıları hücum edib.

Axar.az xəbər verir ki, bu sözləri türkiyəli yazar Murad Akan ötən gecə Vatiyye bazasına naməlum qırıcıların hücumu ilə bağlı açıqlamasında deyib.

“Ruslar açıq şəkildə meydan oxuyur. Türkiyə bir an əvvəl Liviyada avibaza yaradıb qırıcıları işə salmalıdır”, - deyə yazar bildirib.

Bundan əlavə, Rusiya Təhqiqatlar İnstitutu (RTİ) sözügedən bazaya hücumdan sonra Haftar qüvvələrinə BƏƏ, Misir və Suriyadan yeni təyyarələr göndərildiyini açıqlayıb.

RTİ yeni təyyarələrin verilməsinə səbəb kimi, Türkiyənin hava limanlarına mümkün hücumunu göstərib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.