General Ərdoğanı hədələdi: “Mərhəmət etməyəcəm”

4-08-2020, 00:00           
General Ərdoğanı hədələdi: “Mərhəmət etməyəcəm”
“İkinci türk işğalını qəbul etməyəcəyik, əsla mərhəmət göstərməyəcəyik”.

Teleqraf.com xəbər verir ki, bunu qiyamçı Liviya Milli Ordusunun komandanı, general Xəlifə Haftar deyib.

Məlumatda Haftarın öz sərəncamındakı hərbi qüvvələrə baş çəkdiyi bildirilib.

Qiyamçı ordusunun arsenalındakı canlı qüvvə və hərbi texnikalara baxış keçirən general Türkiyə və onun prezidentinə hədə dolu mesajlar ünvanlayıb: “Ərdoğana deyirik, atalarınızın mirasını gülləbaran etdik. Heç bir türkün bu qəhrəmanların qarşısında getdiyini görmək istəmirəm. Mərhəmət etməyəcəyik, çünki bunlara haqları çatmır. Ərdoğan Liviyaya atalarının mirasını axtarmağa gəldi”.

Liviyada türkləri özünün başçılıq etdiyi ordunun qarşılayacağını bildirən qiyamçı Haftar ölkəsini 300 il hakimiyyəti altında saxlamış türkləri “cinayətkar” adlandırıb.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.