Türk zabitini ailəsi ilə birgə güllələdilər - Foto

28-07-2015, 11:11           

Türkiyənin Muş vilayətinin Malazgird şəhərində qarnizon komandiri mayor Arslan Kulaksız silahlı hücuma məruz qalıb. Axar.az xəbər verir ki, hadisə dünən axşam saatlarında rayon qəbiristanlığı yaxınlığında baş verib. Hərbçi həyat yoldaşı və qızı ilə birlikdə evə döndüyü zaman qəzaya uğrayıb. Bu zaman avtomobildən enmək istəyən mayor iki naməlum şəxs tərəfindən güllələnib. Hadisə nəticəsində mayor həlak olub, qızı isə ağır yaralanıb. Yerli medianın yaydığı məlumatlara görə, bu hadisə Kulaksız ailəsində ikinci faciədir. Belə ki, mayorun qardaşı Dursun Kulaksız 1990-cı ildə kömür mədənində baş verən qəza nəticəsində həlak olub. Hadisə ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Silahlı Qüvvələrin Baş Qərargah rəisindən məlumat alıb, şəhidin yaxınlarına adından başsağlığı verilməsini tapşırıb. Daha sonra Ərdoğan şəhid hərbçinin həyat yoldaşı ilə telefon əlaqəsi saxlayıb, ona da başsağlığı verib. Bu arada Silahlı Qüvvələrin Baş Qərargahı baş verən hadisə ilə bağlı məlumat yayıb. Vəhşicəsinə reallaşan hücumun şiddətlə qınandığı müraciətdə şəhidin ailəsinə səbr dilənib: “Separatçı terror təşkilatı üzvləri vilayət mərkəzində rayon qarnizon komandiri mayor Arslan Kulaksız və həyat yoldaşının olduğu avtomobilə silahlı hücum ediblər. Həkimlərin səylərinə baxmayaraq, mayorumuz 22:30-da şəhid olub. Vəhşicəsinə reallaşdırılan bu hücumu şiddətlə qınayır, şəhidimizə Allahdan rəhmət, qiymətli ailəsinə və Türk Silahlı Qüvvələri mənsublarına başsağlığı və səbr, hücumda yaralanan həyat yoldaşına təcili şəfalar diləyirik”.
0













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.