Yol polisinin növbəti qanunsuz radarı - VİDEO

7-08-2016, 20:13           


Sosial şəbəkələrdə növbəti dəfə yol polisinin qanunsuz əməli ilə bağlı video yayımlanıb.

AZXEBER.COM-un məlumatına görə, videoda görünür ki, 10-YP-990 markalı avtomobil yol kənarında dayanıb, radarla digər nəqliyyat vasitələrini çəkir.

Həmin şəxsə yaxınlaşan jurnalist ondan açıqlama almaq istəsə də, yol polisi bundan yayınıb və 402-ci otaqla əlaqə saxlayıb. O ilk olaraq jurnalisti hədələsə də, sonradan geri addım atıb.

Bu görüntülər sosial şəbəkələrdə böyük narazılıqla qarşılanıb və istifadəçilər bu halın qanunsuz olduğunu deyiblər.

Qeyd edək ki, Sumqayıtda yerləşdirən bu radarla bağlı həmin ərazidə heç bir bildiriş olmayıb.

Həmin görüntüləri təqdim edirik:














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru