Rusiya PUA-ları bu dəfə Rumıniya səmasında göründü
Bu gün, 00:17
Rumıniya Hərbi Hava Qüvvələri ölkənin hava məkanı üzərində pilotsuz uçuş aparatları vurub.
İki F-16 qırıcı təyyarəsi Feteşti aviabazasından təhlükəyə cavab vermək üçün qalxıb.
Dronların İran istehsalı olan və hazırda Rusiya ordusunun Ukraynaya qarşı geniş şəkildə istifadə etdiyi "Şahed" PUA-ları olduğu bildirilir.
Xatırladaq ki, sentyabrın 10-da Polşa Rusiya PUA-larının Ukraynaya qarşı genişmiqyaslı hücum zamanı ölkənin hava məkanını pozduğunu açıqlamış və onların zərərsizləşdirildiyini bildirmişdi.