Əmrlə ucuzlaşan dərmanlar apteklərdən yoxa çıxır
9-10-2015, 12:38
Prezident İlham Əliyev 10 aprel 2015-ci il tarixində Nazirlər Kabinetinin iclasında çıxışı zamanı Azərbaycanda satışa çıxarılan dərmanların qiymətinin həddən artıq baha olmasına dair irad bildirimişdi. İlham Əliyevin çıxışından sonra iclas keçirən Tarif Şurası sentyabrın 15-indən etibarən 1057 adda dərmanın satışının yeni tariflər əsasında satışa çıxarılmasına dir qərər qəbul edib.
Dövlət qurumunun məlum qərarından sonra ölkəyə xaricdən gətirilən dərmanlarla bağlı ciddi problem yaşanmaqdadır. Belə ki, bir çox sakinlər apteklərdə lazım olan dərmanı aşkar etməkdə çətinliklə üzləşib.
Şəhər apteklərinə baş çəkən teref.az-nun əməkdaşı aptek rəhbərliyi və alıcılarla söhbət edib.
Fuad Quliyev adlı şəhər sakininin sözlərinə görə o, şəhərin bir sıra apteklərində “Sedifaktor” və “Novofen” adlı dərmanları tapmaqda çətinlik çəkir.
“ 1 yaşı yenicə tamam olan övladımın əsəblərində problem mövcuddur. Həkimi “Sedifaktor” sirobunu bizə məsləhət bilib, 10 gündən çoxdur ki, şəhərin bir sıra apteklərində bu dərmanı axtarsam da tapa bilməmişəm. Yalınız “Sedefaktora” bənzər başqa bir dərman təklif olunub, o da həb formasındadır. Həkim bu dərmanı bizə məsləhət bilmədi. Hər dəfə aptekə gedəndə bizə bildirirlər ki, dərman sabah olacaq amma 10 gündür ki, hələ də gəlib çıxmayıb. Aptekdən əliboş qayıdan şəxslərdən biri də taqaüdçü Əsədova Solmazdır. “Pinakson” dərmanı almaq üçün aptekə yaxınlaşdığını deyən təqaüdçü xanımın bildirdiyinə görə o, uzun müddətdir ki, bu dərmanı tapmaqda çətinlik çəkir. Əməkdaşımızla söhbət edən aptek rəhbəri bir sıra dərmanların olmaması məsələsinə aydınlıq gətirdi.
“Pinakson" dərmanı əvvəl “Riad” şirkətinə məxsus olub. Qurum ciddi problemlərlə üzləşərək bağlandıqdan sonra bu dərmanı ölkəmizə hələ ki, heç kim gətirmir. Hazırda Azərbaycanda geniş formada dərman qıtlığı müşahidə olunmasa da bəzi dərmanların olmaması faktdır. Bunun səbəbi kimi bayaq qeyd etdiyim məsələ “Riad” şirkətinin üzləşdiyi problemlərdir. Bu şirkət bir çox dərmanların ölkəmizdəki rəsmi distributor olub. Onlar baytarlıq sahəsində də bir sıra dərmanların xaricdən gətirilməsi ilə məşğul olublar.”
Adının açıqlanmasını istəməyən aptek sahibinin bildirdiyinə görə, dərmanların bahalaşmasına digər səbəb Tarif Şurasının müəyyən etdiyi qiymətlərdir.
“Mindən çox dərmanın qiymətini birbaşa Tarif Şurası müəyyən edir. Onların qiymət qoyduğu bir çox dərmanları gətirib burada satmaq bizə sərf eləmir. Hazırda ölkəmizdə dərman çatışmamazlığının əsas səbəblərindən biri də bu amildir.
“Pinakson” dərmanı ilə yanaşı bu gün sakinlərin ən çox axtardığı dərmanlar “Visamsol” , “Amfair” “Sedifaktor”, “Novafen”, “Flavmed” “Xaliksol” və başqalarıdır. Bu dərmanları ölkəyə gətirmək hazırda əczasılar üçün sərfəli deyil.”
Aslan