Tramp FED-ə qarşı - ABŞ nədən yüz milyardlarla dollar itirir

20-06-2025, 17:44           
Tramp FED-ə qarşı - ABŞ nədən yüz milyardlarla dollar itirir
ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauellin siyasəti ucbatından yüz milyardlarla dollar itirir.
İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" şəbəkəsindəki hesabında bildirib.

“Gecikən Cerom Pauell ölkəmizə yüz milyardlarla dollara başa gəlir”, – deyə Tramp yazıb.

Onun sözlərinə görə, Pauell hökumətdəki “ən ağılsız və zərərli” şəxslərdən biridir. Tramp Avropanın artıq 10 dəfə faiz dərəcələrini endirdiyini, ABŞ-də isə bunun baş vermədiyini vurğulayıb:

“Bizim faiz dərəcələrində 2,5 faiz bəndi aşağı olmalı və milyardlarla qənaət etməliyik. Bizdə inflyasiya aşağıdır!”

Xatırladaq ki, bir gün öncə Cerom Pauell mətbuat konfransında Tramp administrasiyasının planlaşdırdığı gömrük rüsumlarının ABŞ-də inflyasiyanı artıracağını bildirmişdi. Pauell istehsal və istehlak zəncirində qiymət artımının kiminsə hesabına baş verəcəyini deyib, lakin ümumilikdə ABŞ iqtisadiyyatının yaxşı formada olduğunu vurğulamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru