DTX əməliyyat keçirdi: Qaxın icra başçısı SAXLANILDI - DETALLAR
20-06-2025, 16:53
Dövlət Təhlükəsizlik Xidməti Qax rayonunda əməliyyat həyata keçirib. News24.az-ın əldə etdiyi məlumata görə, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb. Onun hansı səbəbdən saxlanıldığı hələlik bəlli deyil. Qeyd edək ki, o, bu vəzifəyə 2010-cu ildə təyin olunmuşdu.