Pompeonun İran bəyanatının pərdəarxası... – Şərh

5-06-2019, 10:03           
Pompeonun İran bəyanatının pərdəarxası... – Şərh
İran rəhbərliyi Amerikanın əvvəlki sazişdən birtərəfli şəkildə çıxması və Tehrana sanksiya tətbiq etməsindən sonra danışıqlara başlamaq təklifindən boyun qaçırır. Bu mənada ABŞ tərəfinin İrana son təklifi daha çox təbliğat xarakteri daşıyır.

Bu fikirləri Teleqraf.com-a deputat Rasim Musabəyov ABŞ dövlət katibi Mayk Pompeonun ön şərt irəli sürmədən İranla danışıqlara hazır olması haqda bəyanatını şərh edərkən deyib.

Rasim Musabəyov əlavə edib ki, əslində ABŞ İrandan kapitulyasiya tələb edib: “Əvvəl 5+1 sazişi vardı. Bu sənəddə tərəflərin hamısının maraqları nəzərə alınmışdı. Yəni kompromis bir anlaşma idi. İndisə Amerika konkret İrandan elə şeylər istəyir ki, Tehran buna getməyə hazır deyil. ABŞ əslində İranı çökdürmək istədiyini gizlətmir”.

Sabiq dövlət müşaviri bildirib ki, ABŞ Prezidenti Donald Tramp müharibəyə meylli siyasətçi deyil: “Tramp daha çox təzyiq etməyə, blefə meyllidir. Yəni blef edərək istəyinə çatmaq xəttinə üstünlük verir. Əslində isə Tramp hərbi müdaxilədən yayınır. Ancaq İrana qarşı sanksiyalar da sərtləşir. Təsəvvür edin ki, Hindistan, Türkiyə, Çin İrandan neft almaqdan imtina edə bilər. İndi İran nəsə almaq imkanına malikdir. Yəni İrana dollarla əməliyyatlar həyata keçirmək qadağası tətbiq edilib. Ancaq avro, yuan, rubl və ya lirə ilə İran nəsə ala bilər. Lakin satış edə bilmir. Yəni dünənə qədər tankerlər mal daşıyırdı, sığorta şirkətləri daşınmaları sığorta edirdi. Ancaq indi bunların hamısından imtina edilib. İran neft çıxarıb sata və bunun müqabilində gedib Çindən nəsə ala bilər. Demək olar ki, İranın qara bazarda və boz bazarda neft satışı həyata keçirməklə xeyli gəliri itirmiş olacaq. Sözsüz ki, bütün bunlar İranda daxili vəziyyəti gərginləışdirir. Son məlumatlara görə, İranda ətin kiloqramı 25 dollara qədər qalxmışdı. Ramazan bayramı öncəsi qiymətlər insanlarda narazılıq yaradır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.