Ercan Kayhanın qatilindən ŞOK İDDİA
Bu gün, 07:14

Qatilin verdiyi ifadə diqqət çəkdi.
TEREF Haber Global-a istinadən xəbər verir ki, Çağlayan Ədliyyə Sarayında işləyən Respublika Prokuroru Ercan Kayhanı bıçaqlayan 19 yaşlı gənc qətl şübhəlisi məhkəmə tərəfindən həbs edilib.
Digər tərəfdən həbs olunan qətl şübhəlisinin ifadəsi də ortaya çıxdı.
Xəbər vermişdik ki, İstanbul Ədliyyəsində dövlət ittihamçısı işləyən 58 yaşlı Ercan Kayhan İstanbulun Çekmeköy Ömerli qəsəbəsindəki restoranlardan birində 19 yaşlı Mustafa Can Gül tərəfindən öldürülüb.
Şübhəli Mustafa Can G. silahla birlikdə hadisə yerindəcə saxlanılıb.
İddialara görə, qətldə şübhəli bilinən şəxs əvvəlki illərdə də restoranda işləyərkən narkotik vasitələrdən istifadə edib.
Ədliyyə naziri Yılmaz Tunç, "İstanbul Anadolu Respublika Baş Prokurorluğu tərəfindən başladılan məhkəmə istintaqı çox yönlü şəkildə davam edir" deyə bildirib.
Respublika Prokuroru Kayhanın cənazəsi məhkəmə tibb ekspertizanın morquna aparılıb.
Nəzarətdə olan şübhəli Gül əvvəlcə ədliyyəyə sövq edilib. Şübhəli şəxs haqqında həbs qərarı verilib və birbaşa həbsxanaya aparılıb.
Həbsdən sonra şübhəlinin verdiyi ifadə sosial mediada yayılıb:
Dünən axşam prokuroru öldürmək üçün restorana getmədiyini iddia edən qətl şübhəlisi "Onu orada görəndə keçmişdən danışdıq. Prokurorla mübahisə etdik, o da söyüş söydü. İdarəetməni itirdim və bıçaqladım" deyib.
"Təxminən iki il əvvəl təcili pul lazım olanda işlədiyim dövrdə yığdığım pulun hamısını Kayhandan istədim. Kayhan mənə pulu tam vermədikdə mübahisə etdik. Nəticədə o, məni işdən qovdu. İşdən çıxarılsam da, çalışanlarla əlaqəni kəsməmişdim. Hərdən onun yanına gedib pulumun qalan hissəsini istəyəndə məni qovurdu".
Təxminən 150 min lirəsinin qaldığını iddia edən Gül, əslində işin digər ortağı Bilal Bilginin yanına getdiyini və orada Kayhanla arasında əlbəyaxa dava olduğunu bildirib.
Şübhəli şəxs "Hadisə zamanı ikimiz də masanın üstündə olan bıçağa əlimizi uzatmağa çalışdıq" deyə ifadə verib.
Hadisədən əvvəl narkotik və spirtli içki istifadə etmədiyini də iddia edən Gül, "Mənə öldürmək və ya başqa bir şey etmək üçün heç kim göstəriş vermədi. Kayhanı bilmədən öldürdüyümə görə peşmanam. Heç kimdən şikayətim yoxdur" deyib.