Qədim dövrün QANDONDURAN tərbiyə üsulları

7-06-2019, 08:05           
Qədim dövrün QANDONDURAN tərbiyə üsulları
Yaşlı nəsil əsasən gənc ailələrin tərbiyə üsullarına qarışaraq, onların, valideynlərinin daha üstün metodlardan istifadə etdklərini vurğulayır. Əslində isə qədim dövrdə vəziyyət daha acınacaqlı olub.

Publika.az xəbər verir ki, hələ bir əsr əvvəldək bir sıra ölkələrdə yeni doğulan körpənin göbəyini kəsmək qadağan idi. Belə ki, valideynlər göbək ətinin çürüyüb qopmasını gözləməli idilər. Həmçinin körpəsi doğulan ana 3-4 gün ərzində onu əmizdirməzmiş. Çünki hamı ilk südün zəhərli olduğuna inanırdı. Bu müddətdə ağlayan körpənin ağzına əmzik qoyurdular. Davamlı aclıq bəzən yeni doğulan uşağın ölümü ilı nəticələnərdi.

XX əsrin əvvəllərindək əsasən kasıb ailələr körpələrini evdə tək qoyub işə gedirdilər. Bu isə həm fiziki, həm də mənəvi travmaların yaranmasına yol açırdı.

Varlı ailələrdə isə əksinə, uşaqlar bəzən çox yeməkdən eybəcər şəkildə kökəlir, hətta mədələri dözmədiyinə görə dünyalarını dəyişirdilər.

XV-XVIII əsrlərdə ingilis şahzadələrini cəzalandırmağın qəribə üsulu tapmışdılar. Bunun üçün şahzadələrlə eyni yaşda olan oğlan uşaqları vardı. Bu uşaqlar şahzadlərlə eyni saraylarda yaşayırdılar. Döyülmə məqamı gələndə şahzadələrin gözü önündə həmin uşaqlar cəzalandırılırdılar. Bu üsul işə yarayırdı. Çünki şahzadələrlə döyülən uşaqlar arasında doğma münasibət yaranırdı. Mənəvi qardaşı döyülməsin deyə şahzadə bütün tapşırıqları yerinə yetirirdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.