Azərbaycanlılar Avropada niyə dinlərini dəyişirlər? – VİDEO

29-09-2019, 09:56           
Azərbaycanlılar Avropada niyə dinlərini dəyişirlər? – VİDEO
Avropa dövlətlərindən sığınacaq istəyib barəsində deportasiya qərarı çıxarılan şəxslərin kilsələrə sığınması halları davam edir. AzEuroNews.com xəbər verir ki, Almaniyada qanunla barəsində deportasiya qərarı verilən şəxslərin kilsəyə sığınması qadağan olsa da, bəzi kilsələr 2017-ci ildən bəri edilən xəbərdarlığa məhəl qoymur.

Kilsəyə sığınıb deportasiya qərarından qorunmaq istəyənlər arasında həmvətənlərimiz də var.

Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzinin açıqladığı statistik məlumata görə, daha 27 azərbaycanlı deportasiya olunmamaq üçün Almaniyadakı kilsələrdən sığınacaq istəyib. Onlardan 11-i ( 9 nəfəri artıq Azərbaycana deportasiya edilib, 2 nəfəri isə Rusiya Federasiyasına göndərilib) geri qaytarılıb.

Ətraflı VİDEO-da:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.