Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Tomas Eliotun "Barsız torpaq" şeiri bu günlər üçün yazılıb

Dünən, 16:54           
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Tomas Eliotun "Barsız torpaq" şeiri bu günlər üçün yazılıb
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Tomas Eliotun "Barsız torpaq" şeiri bu günlər üçün yazılıb.
Qartal qanad çalır göyün ənginliyində
Oxatan öz köpəkləri ilə
Səmada süzən qartalın uçuşuna göz qoyur…
Ey, kəhkəşanların əbədi dövrəsi,
Ey fəsillərin əbədi dəyişməsi,
Bahar vaxtıdı, payız vaxtıdı,
Doğulmaq vaxtıdı, ölmək vaxtıdı!
Düşüncələrin və hərəkətlərin sonsuz silsiləsi,
Bitib-tükənməyən kəşflər, sonsuz sınaqlar.
Hamısı bilim verir - hüzur vermir,
Danışmağı öyrədir - susmağı öyrətmir,
Sözü deyir - Sözsüzlüyü demir.
Bilmək - bizi bilməməyə aparır,
Bilməmək - ölümə,
Amma ölümə aparan yol
Tanrıya aparmır.
Hanı bizim yaşayaraq itirdiyimiz həyat?
Hanı öyrənə-öyrənə itirdiyimiz müdriklik?
Hanı bildiklrimizdə itirdiyimiz anlayış?
Səmanın iyirmi yüz illik dövrəsi
Tanrıdan ayırdı,
Ölümə yaxınlaşdırdı.
Zəruru qeyd: Poeziyanın tərcüməsi prozadan çətindir. Tərcümədə qüsur tapa bilərsiniz. Ancaq şeirin məzmunu möhtəşəmdir.
Etibar Əliyev
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.