Xərçəngin ilk əlamətləri... – Bunları mütləq bilmək lazımdır

24-12-2019, 03:18           
Xərçəngin ilk əlamətləri... – Bunları mütləq bilmək lazımdır
Son dövrün ən çox qorxunc xəstəliklərindən biri olan xərçəngin ilk əlaməti nədir?

Teleqraf.com xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı bu suala cavab verərək, sürətlə yayılan xərçəngin ilk əlmətlərini açıqlayıb:

Davamlı öskürək və sinə ağrısı, udmaqda çətinlik, limfa düyünlərinin hər hansı birində şişkinlik, tez-tez qasıq və qarın ağrıları, şişkinlik, sürətli çəki almaq və ya birdən arıqlamaq xərçəngin ilk əlamətləri sayılır. Qadınlarda menstruasiya normaldan daha uzun və ağrılı olursa, dırnaqlar qırılırsa, sağalmayan yaralar varsa, həkimlə məsləhətləşmək lazımdır. Unutmayın ki, hər hansı bir xəstəliyin erkən aşkarlanması ən vacib məqamdır.

Bunlara diqqət edin:

Əllərdə və ya ayaqlarda güc və həssaslığın itməsi, başgicəllənmə, qarın ağrısı ilə, ürək bulanma, qusma, iştahsızlıq, zəiflik kimi hallar xərçəngin əlamətlərindəndir.

Dəridə sarılıq və ya göyərmə kimi rəng dəyişiklikləri, bədəndə inkişaf edən ağrılı və ya ağrısız bir şişlik, istirahət etməklə keçməyən yorğunluq da bu əlamətlərə daxildir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.