Bədəndəki su miqdarına diqqət yetirin! - Əks halda...

24-12-2019, 09:26           
Bədəndəki su miqdarına diqqət yetirin! - Əks halda...
İshal, az maye qəbulu, ürək bulanması və qusma nəticəsində bədəndə su miqdarı azalır və orqanizm həyəcan siqnalı verməyə başlayır.

Teleqraf.com xəbər verir ki, bədəndəki 100 trilyon hüceyrənin su, oksigen, şəkər, protein və yağlara ehtiyacı var.

Sağlam bədənin 60 faizi sudur. Uşaqlarda su miqdarı 70 faizə qədərdir.

Sudakı şəkər, zülal və yağlar damarlar vasitəsilə toxumalara gedir. Bundan əlavə, qan damarlarındakı qırmızı hüceyrələr qırmızı qan vasitəsilə oksigeni toxumalara daşıyır, toxumalarda yaranan zəhərli karbon qazı və tullantı maddələr damarlar vasitəsilə xaric olur.

Suyun 10 faizindən çoxunu itirən insanlarda qan təzyiqi düşməyə başlayır, nəbz və tənəffüs sürətlənir. Yavaş-yavaş xəstənin şüuru getməyə başlayır. İnsan su olmadan maksimum 3-4 gün yaşaya bilər. 9 günə qədər susuz yaşayan insanın sağ qalma ehtimalı çox azdır. İnsan 21 gün aclığa dözə bilsə də, yalnız 3-4 gün susuzluğa dözə bilər. Su həyatdır, su olmayan yerdə həyat yoxdur.

Aysel Azad












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.