Yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə oldu, evlənməkdən imtina etdi - Bakıda şok olay

15-04-2020, 15:52           
Yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə oldu, evlənməkdən imtina etdi - Bakıda şok olay
Bakının Suraxanı rayonunda on altı yaşına çatmayan qızla cinsi əlaqədə olmaq istəyən şəxsin barəsində cinayət işi açılıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini Əhmədov Elşad Tofiq oğlu barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, Elşad Əhmədov Suraxanı rayonu ərazisində yetkinlik yaşına çatmayan bir qızla evlənmək istəyib.

Bundan istifadə edən Elşad Əhmədov onunla cinsi əlaqədə olub.

Daha sonra Elşad Əhmədov həmin qızla evlənməkdən imtina edib.

Bundan sonra zərərçəkmiş qız polisə şikayət edib.

Elşad Əhmədov yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olduğu üçün həbs olunub.

Elşad Əhmədovun barəsində olan cinayət işi baxılması üçün Suraxanı rayon Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Elnur Nuriyevin icraatına verilib.

Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə başlanacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.