Nadir Şah Əfşar Azərbaycan xalqının yetişdirdiyi ən böyük sərkərdələrdən biri olmuşdur.

Bu gün, 11:04           
Nadir Şah Əfşar Azərbaycan xalqının yetişdirdiyi ən böyük sərkərdələrdən biri olmuşdur.
"Gecə düşəndən iki saat sonra suiqəsdçilər ehtiyatla Nadir Şahın yatdığı çadıra yaxınlaşdılar. Onlar Nadirin adı gələndə elə qorxurdular ki, əksəriyyəti çadıra girməkdən çəkindi, yalnız Məhəmməd xan Qacar, Salih xan və daha bir qətiyyətli adam girişi qoruyan gözətçini boğub içəri girməyə cəsarət etdilər. Bu səs Nadirin yanında yatdığı xanımı Çukini də oyatdı və o oyanan kimi dərhal Şahı da oyatdı. Nadir Şah yataqdan hiddət dolu təəccüblə sıçrayıb qalxdı, üstünə hücum edən Salih xana təhqirlər yağdırmağa başladı; Nadir qılıncını siyirib qatilin üzərinə atıldı, amma çadırın kəndirlərindən birinə ilişib yıxıldı; şah ayağa qalxanacan Salih xan qılıncla Şaha hücum edib onun qolunu kəsdi. Bu zərbədən sonra Salih xanı dəhşət bürüdü, o, yerə mıxlanmış kimi dayandı; amma Məhəmməd xan Qacar soyuqqanlığını saxlayıb hücumu sona çatdırdı, sərt zərbə ilə Nadirin başını kəsdi".
Britaniyalı yazıçı, Yaxın Şərq üzrə tədqiqatçı Laurens Lokkartın "Nadir Şah" kitabından parça.
Nadir Şah Əfşar Azərbaycan xalqının yetişdirdiyi ən böyük sərkərdələrdən biri olmuşdur. O, dünya tarixçiləri tərəfindən Çingizxan, Əmir Teymur, Makedoniyalı İsgəndər, Hannibal kimi dünya səviyyəli fatehlərlə müqayisə olunur, "Asiyanın sonuncu fatehi" adlandırılır. Məhz Nadirin öldürülməsindən sonra onun imperiyası bir müddət sonra xanlıqlara parçalanmış, Azərbaycan Rusiya İmperiyası tərəfindən işğal edilmiş, azərbaycanlıların tarixində 250 illik uzun və faciəvi bir dövr başlamışdı.
Allah rəhmət eləsin !
Azərbaycanlıların səhifəsi
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru