"Biz bilməliyik ki, dostumuz və düşmənimiz kim olub" - Nurəddin Mehdixanlı

Bu gün, 09:06           
"Biz bilməliyik ki, dostumuz və düşmənimiz kim olub" -
“Milli kimliyimiz və tariximiz hər cür kənar təsirə qarşı ən etibarlı silahdır”.

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı bildirib. Xalq artisti qeyd edib ki, milli özünəməxsusluğumuzu qorumaq, gələcək bəlalardan sığortalanmaq üçün tariximizə, milli kimliyimizə dərindən bələd olmağımız vacibdir:

“Tarix sadəcə keçmişdə baş verən hansısa proseslər, bitmiş hadisələr deyil. Tarix bizi bu günə gətirib çıxaran yoldur. Biz sabaha inamla, əminliklə addımlamaq üçün bu yolda nələrin baş verdiyini, hansı sınaqlarla, imtahanlarla üzləşdiyimizi bilməliyik. Biz bilməliyik ki, dostumuz və düşmənimiz kim olub. Bunu bilmədən gələcəyə üz tuta bilmərik. Bunsuz uğur qazanmağımız mümkün deyil.

Buna görə də gənclərimizin milli tariximizə, soykökümüzü dərindən bələd olması, xalqımızın dostunu, düşmənini tanıması vacibdir. Əgər biz tariximizi sözün həqiqi mənasında mənimsəyə, öz fəaliyyətimizdə onu rəhbər tuta bilsək, o zaman bütün sınaqlardan qalib və üzüağ çıxacağıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru