Prezident Trampın məşhur tərəfdarı Çarli Kirk güllələndi –-VİDEO

Bu gün, 11:08           
Prezident Trampın məşhur tərəfdarı Çarli Kirk güllələndi –-VİDEO
Məşhur amerikalı mühafizəkar və prezident Trampın qızğın tərəfdarı Çarli Kirkə sui-qəsd cəhdi edilib. O, çox guman ki, öldürülüb.

AzPost bildirir ki suiqəsdin görüntüləri yayımlanıb.

Kirk Yuta Valle Universitetinin kampusunda çıxışı zamanı vurulub. Güllə onun boynuna dəyib. Atışmadan sonra hadisə yerində çaxnaşma yaranıb, insanlar müxtəlif istiqamətlərə qaçmağa başlayıblar. Hazırda hadisə yerində polis və bütün təcili yardım xidmətləri işləyir.

Kirk məşhur mühafizəkar, respublikaçıdır. Universitetlərə gəlişi və ABŞ Demokrat Partiyasının tərəfdarları ilə mübahisəsi ilə tanınır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru