AYNA-nın tərəzisi sürücülərə "kəf" gəlir - İDDİA/FOTO
Bu gün, 09:28

Salam. Mən, Allahverdiyev Əli Valeh oğlu bildirirəm ki, AYNA məxsus eletron tərəzilə işləmir. Daha doğrusu düzgün şəkildə işləmir, ancaq biz sürücüləri cərimələmək üçün quraşdırılıb. Burada isə sürücünün nə dediyinin, avtomobilin kütləsinin nə qədər olmağının bir önəmi yoxdur. Bunu 2 nümunə ilə göstərmək istəyirəm:
1. 18.08.2025-ci il tarixində idarə etdiyim KamAZ 6520 markalı, 04-BM-639 qeydiyyat nişanlı avtomobil Quba rayonun Zərdabi kəndi ərazisində, “Qartal” olaraq adlandırılan ərazidə yerləşən “Yüksək Ticarət” MMC-yə məxsus olan Qum-Çınqıl karxanasında Şeben ilə doldurulmuşdur. Bu zaman avtomobilin yüklə birlikdə ümumi kütləsi 31 ton 740 kq olmuşdur (karxanadan aldığım 49204 nömrəli qəbzi əlavə edirəm).


Lakin, AYNA-ya məxsus Şabran rayonu ərazisində yerləşən elektron tərəzidən keçərkən avtomobilin kütləsinin 34 ton 710 kq olduğu iddiası ilə EQ 30039503 nömrəli protokol tərtib edilmiş (protokola əlavə edilmiş sənədi əlavə edirəm) və 1200 amant məbləğində cərimə olunmuşam.
2. 28.08.2025-ci il tarixində idarə etdiyim yenə eyni avtomobil Quba rayonunda yerləşən “Yüksək Ticarət” MMC-yə məxsus olan eyni karxanada Şeben ilə doldurulmuşdur. Bu zaman isə avtomobilin yüklə birlikdə ümumi kütləsi 31 ton 550 kq olmuşdur (karxanadan aldığım 50037 nömrəli qəbzi əlavə edirəm).


Lakin, AYNA-ya məxsus, Şabran rayonu ərazisində yerləşən elektron tərəzidən keçərkən avtomobilin kütləsinin 34 ton 770 kq olduğu iddiası ilə EQ 30246081 nömrəli protokol tərtib edilmiş (protokola əlavə edilmiş sənədi əlavə edirəm) və 1200 amant məbləğində cərimə olunmuşam.
Yükün yükləndiyi karxanadaki elektron tərəzi sertifikatlaşdırılmış tərəzidir (sertifikatı əlavə edirəm).
TEREF