Kubada milli elektrik şəbəkəsi SIRADAN ÇIXDI

Bu gün, 08:14           
Kubada milli elektrik şəbəkəsi SIRADAN ÇIXDI
Kubanın milli elektrik şəbəkəsi sıradan çıxıb və nəticədə ölkədə elektrik enerjisi kəsilib.
"Reuters" xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.

"Elektrik enerjisinin verilişində tam fasilə yaranıb" - nazirlikdən bildirilib. Qeyd olunub ki, qəzanın səbəbləri araşdırılır və artıq bərpa prosesinə başlanılıb.

Qeyd edək ki, 10 milyon kubalı işıqsız qalmamışdan əvvəl də ölkənin bir çox bölgələrində 16 saat və ya daha çox davam edən elektrik enerjisi fasilələri yaşanmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru