Nazirdən müəllimlərə müjdə: Maaş artacaq

Bu gün, 11:42           
Nazirdən müəllimlərə müjdə:
Növbəti ildə tarix, texnologiya, təsviri incəsənət, bir sözlə, bütün fənlər üzrə sertifikasiya imtahanının birinci mərhələsi olacaq.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media brifinqində deyib.

O bildirib ki, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil müəllimlərinin sertifikatlaşdırma prosesi yekunlaşıb.

"Cari ilin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi bitdikdən sonra ümumilikdə 72 mindən çox təhsilverənin əmək haqqına əlavələr ediləcək", - nazir əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru