Mərkəzi Neftçilər Xəstəxanası vergi borcu olan şirkəti qalib seçdi - TƏFƏRRÜAT

Bu gün, 12:18           
 Mərkəzi Neftçilər Xəstəxanası vergi borcu olan şirkəti qalib seçdi - TƏFƏRRÜAT
Mərkəzi Neftçilər Xəstəxanasının rəhbərliyi "Generatorlara və elektrik tənzimləyiciləri üçün ehtiyyat hissələrinin və illik texniki servis xidmətinin satın alınması" ilə bağlı elan etdiyi tenderin qalibi "CREA CONSTRUCTION AND SUPPLY" MMC ilə müqavilə imzalayıb.

32gun.az xəbər verir ki. tenderin qalibi olan şirkətlə xəstəxana arasında 19.990,38 AZN dəyərində müqavilə imzalanıb.

Əldə etdiyimiz məlumata görə, qalib şirkətin 30 min manatdan çox (33927.18 AZN) vergi borcu mövcuddur.

Bildirək ki, nizamnamə kapitalı 1000 AZN olan MMC-nin qanuni təmsilçi ANAR RZAYEV YAŞAR OĞLUdur.

Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin, şəxsin tenderdə iştirakını qadağan edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru