İcra başçısı Məmməd Məmmədov 2 milyon manata bağ alıb?

Bu gün, 11:58           
İcra başçısı Məmməd Məmmədov 2 milyon manata bağ alıb?
Tovuz icra hakimiyyəti başçısı Aşağı Quşçu yolunun üstündə böyük bağ sahələrini 2 milyon manata aldığı deyilir.

Azərbaycanda vəzifədə olan məmuların mal-mülk, şirkətlər əldə etməsi artıq adi hala çevrilib. Qanunla vəzifə başında olan məmurun biznes fəaliyyəti qadağan olunmasına baxmayaraq, bu qanun hələdə kağız üzərində qalmaqdadır.

XALQ-ın əldə etdiyi məlumata görə Tovuz rayon icra başçısı Məmməd Məmmədov rayonda 130 hektar bağ sahəsini alıb. Rusiyada yaşayan məşhur tovuzlunun qohumuna məxsus 130 hektar torpaq sahəsi üçün icra başçısının 2 milyon manat pul ödədiyi iddia edilir. 130 hektarlıq münbit ərazinin böyük bir hissəsinin bağ sahələri olduğu bildirilir. Məlumata görə torpaq sahəsi icra başçısının ailə üzvülərindən birinin adına sənədləşdirilib. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru