Şahzadə Diana haqqında yeni ilginc faktlar: “Toyumda özümü kəsilməyə gedən qoyun kimi hiss edirdim…” – FOTOLAR

17-04-2020, 09:21           
Şahzadə Diana haqqında yeni ilginc faktlar: “Toyumda özümü kəsilməyə gedən qoyun kimi hiss edirdim…” – FOTOLAR
Sadəcə öz ölkəsində deyil, dünyada milyonlarla insan üçün “qəlblərin şahzadəsi” kimi tanına şahzadə Diana haqqında hər dəfə yeni ilginc məlumatlar ortaya çıxır. Bu dəfə şahzadənin “pəri nağılı” kimin görürnən toyunda fərqli duyğular içində olduğu haqda fikirlər irəli sürülüb.

Belə ki, “Channel 5”-də yayımlanan “Charles & Camilla: King and Queen in Waiting” adlı proqrama danışan krallıqlarla bağlı araşdırmaçı jurnalist Cen Bond şahzadə Diananın toy öncəsi yaşadığı həyəcandan söz açıb.

1989-2003-cü illər arasında şahzadə Diana və kral ailəsi ilə yaxından ünsiyyətdə olan jurnalist Bond qeyd edib: “Diana ilə özəl söhbətlərimizin birində bildirdi ki, “toy ərəfəsində özümü kəsilməyə gedən qoyun kimi hiss edirdim”.

Diana Çarlizlə nişanlandığı vaxt onun keçmiş sevgilisi, indiki xanımı Kamilaya adının baş hərfləri olan bahalı bilərzik bağışladığını öyrənmişdi. Bundan qəzəblənən Diana Çarlizin hansı səbəbdən Kamilaya bu cür bilərzik bağışladığını öyrənməyə çalışıb.

Daha bir ilginc iddiaya görə, Çarliz Diana ilə evləndikdən sonra bal ayına çıxarkən Kamilanın ona bağışladığı qol düymələrini taxıb. Hansı ki, həmin qol düymələrində “Charlez, Camila” adlarını əks etdirən C.C. hərfləri var idi.

Qeyd edək ki, şahzadə Çarliz və şahzadə Diana 1981-ci ildə evlənib, 1996-cı ildə isə boşanıb. Bundan bir il sonra isə Diana sevgilisi Didi El Fayed ilə birlikdə avtomobil qəzasında dünyasını dəyişib. Bu günə qədər şahzadə Dianın ölümünün üzərindəki sirr pərdəsi hələ də açılmayıb.

Şahzadə Çarliz 2005-ci ildə keçmiş sevgilisi Kamilla ilə evlənib. Kamilla bu günə qədər ölkəsində ən çox nifrət edilən qadın kimi tanınır.

Xalidə Gəray,
Musavat.com













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.