Tıxac, parklama... "JICA Bakının nəqliyyat sistemindəki problemləri illər əvvəl geniş araşdırma ilə ortaya çıxarıb"

Bu gün, 12:34           
Tıxac, parklama... "JICA Bakının nəqliyyat sistemindəki problemləri illər əvvəl geniş araşdırma ilə ortaya çıxarıb"
Bu gün Bakıda nəqliyyat sistemində ciddi problemlər var. Tıxaclar, parklama problemləri, yol şəbəkəsinin yetərli olmaması, infrastruktur problemləri və s. nəqliyyatın hərəkətində ciddi problemlər yaradır. Məsələn; yollarda avtomobil sürücüləri deyir ki, avtobus zolaqları və velosiped yolları tıxaclara səbəbdir.
Bəs bu problemləri necə həll etmək olar?
Nəqliyyat eksperti Rauf Ağamirzəyev Bizimyol.info xəbər portalına açıqlamasına bildirib ki, JICA Yaponiyanın Beynəlxalq İqtisadi Agentliyidir və bu agentlik 2000-ci illərdə Bakının nəqliyyat sisteminin hərtərfəli araşdırmasını aparıb: “Bu araşdırma bu günə qədər aktualdır. Bu günə qədər hərtərəfli və açıq məlumatı olan araşdırma demək olar ki, olmayıb. Yaponlar çox maraqlı araşdırma aparıb. Bu araşdırmaya ciddi bir sənəd kimi baxmaq olar. Araşdırmanın nəticələrinə görə, Bakıda əsas nəqliyyat problemləri şəhərdə avtomobil sıxlığının çox olmasdır. Araşdırmaya görə, xüsusilə prospektlərdə pik saatlarda hərəkət yavaşlayır. Eyni zamanda JICA-nın araşdırmasına görə, Bakıda ictimai nəqliyyat çatışmazlığı var. Yəni avtobus və metro sərnişinlərin tələbatını tam ödəmir.

Araşdırmada infrastruktur çatışmazlığı da yer alıb. Belə ki, dayanacaq və yol şəbəkəsinin tələblərə cavab vermədiyi, piyada və velosiped yollarının məhdud olduğu qeyd edilir.

Araşdırmada parklama problemlərindən də söz açılıb. Qeyd edilir ki, avtomobil dayanacaqlarının çatışmazlığı tıxac problemini daha da çətinləşdirir”.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Rauf Ağamirzəyev
Rauf Ağamirzəyev JICA-nın tövsiyyələrindən də söz açıb. Ekspert bildirib ki, JICA ilk növbədə ictimai nəqliyyatın inkişafını tövsiyyə edir, yəni problemin həlli istiqamətində işlər görüldüyü zaman avtobus marşrutlarının optimallaşdırılması və yeni xətlərin açılması, metro sisteminin genişləndirilməsi, mövcud xətlərin effektlivliyinin artırılması nəzərə alınmalıdır. Eyni zamanda yollar genişləndirilməlidir. Yol ayrıcları düzgün planlaşdırılmalı, hərəkətin intensiv olduğu yerlərdə “ağıllı” nəqliyyat idarəetmə sistemlərinin tətbiq edilməlidir. Digər həll yolu parklanma yerlərinin artırılması, ödəniş sisteminin tətbiq edilməsi, pik saatlarda yük və sərnişin daşımalarının tənzimlənməsidir. Həll yolu kimi alternativ nəqliyyat vasitələrinin təşviqi də qeyd edilir.

Ekspert qeyd edib ki, bu tövsiyyələr arasında velosiped yollarının genişləndirilməsi, piyada keçidlərinin və təhlükəsiz yol infrastrukturunun yaxşılaşdırılması da yer alıb.

Rauf Ağamirzəyev bildirib ki, araşdımadan bəlli olur ki, problem təkcə yol genişləndirmə ilə həll olunmur, burada digər amillər də nəzərə alınır. Ekspert vurğulayıb ki, burada hər bir qərar statistik analiz və simulyasiyalara əsaslanaraq verilir.

İradə Cəlil, Bizimyol.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru