Direktor müavininin meyiti kanaldan tapıldı - TƏFƏRRÜAT

Bu gün, 12:46           
Direktor müavininin meyiti kanaldan tapıldı - TƏFƏRRÜAT
Bərdə rayonunda kanaldan orta yaşlı qadın meyiti tapılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, meyit sentyabrın 9-u saat 09 radələrində Qarabağ kanalının Alpout kəndinin ərazisindən keçən hissəsində aşkarlanıb.

Ölən şəxsin həmin kəndin 1980-ci il təvəllüdlü sakini Sevinc Əli qızı Vəliyeva olduğu müəyyənləşib.

Tərtər Rayon H.Hüseynov adına Mamırlı kənd orta məktəbində direktorun təşkilati işlər üzrə müavini olan S.Vəliyevanın hansı şəraitdə kanala düşərək öldüyü məlum deyil.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru