Bakıda korona xəstəsinin dəhşətli kadrları – Video

18-04-2020, 00:44           
Bakıda korona xəstəsinin dəhşətli kadrları – Video
Speys TV-nin “Sadə həqiqətlər” verilişinin bugünkü qonağı Başı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev olub.

Axar.az xəbər verir ki, R.nağıyev koronavirus pandemiyası, onun fəsadları, hazırda Azərbaycanda bu infeksiya ilə bağlı vəziyyət haqda maraqlı açıqlamalar verib.

R.Nağıyev də etiraf edib ki, Uhanda virusun yayılmasını müşahidə edərkən onun dünyaya bu cür yayılacağını təsəvvür etməyiblər. Nəhayət, yanvarın sonuna doğru bu virusun yaxında olduğunu qəbul ediblər.

Baş həkim həmçinin bu virusun fəsadlarına inanmayanlardan da danışıb. O bildirib ki, dövlətin gördüyü tədbirlər nəticəsində koronavirus kütləvi hal almadı və insanlar bu dəhşəti öz üzərlərində hiss etmədilər. Ona görə də bu cür şübhə ilə yanaşırlar. Halbuki bu virus ağciyərləri dağıdır ki, insan da havasız 2-3 dəqiqə də uaşaya bilməz.

Speys TV isə koronavirus xəstəliyinin dəhşətini nümayiş etdirmək üçün Bakıdakı bəzi xəstələrin görüntüsünü təqdim edib.

Verilişin tam videosunu təqdim edirik:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.