Koronavirusa qarşı virus yaradıldı

19-04-2020, 14:56           
Koronavirusa qarşı virus yaradıldı
Amerikalı alimlər laboratoriya şəraitində yeni tip koronavirus əleyhinə peyvənd kimi istifadə edilə bilən virus hazırlayıblar.
“Yeni Gündəm” axar.az-a istinadən xəbər verir ki, mütəxəssislər insanlara zərəri olmayan parainfluenza 5 virusu (PIV 5) əsasında, bu infeksiyaya yoluxan hüceyrələrə koronavirusun tikanlarına oxşayan S-qlikoprotein ifraz edən gen əlavə edərək yeni virus yaradıblar.
İndiyə kimi testlər MARS infeksiyası daşıyan siçanlar üzərində aparılsa da, mütəxəssislər bu metodun SARS-CoV-2-də də effektiv olacağını düşünürlər.
Amerikal həkim Paul Makkari hesab edir ki, koronavirusa qarşı effektiv peyvənd tapmaq an məsələsidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.