Azərbaycanda ağır koronavirus xəstələrinin yeni görüntüləri - VİDEO

13-06-2020, 00:08           
Azərbaycanda ağır koronavirus xəstələrinin yeni görüntüləri - VİDEO
Mərkəzi Gömrük Hospitalı da koronaviruslu xəstələrin müalicəsi üçün ayrılıb. Artıq covıd-19 diaqnozu qoyulmuş bir neçə xəstə tibb müəssisəsinə daxil olub. Hospitalda müalicə olunan xəstələrin vəziyyəti və onlara yaradılan şəraitlə tanış olunub
Kimi əvvəlki vəziyyətinə qayıdacağı günü gözləyir. Kimi isə süni nəfəs aparatında həyatla ölüm arasında mübarizə aparır.

Görüntülər Mərkəzi Gömrük Hospitalındandır. Hospital dünəndən etibarən koronaviruslu xəstələr üçün ayrılıb. Hospitalın rəis müavini Bəxtiyar Musayevin sözlərinə görə, palatalar və şöbələr bütün lazımi avadanlıqlarla təchiz olunub və tibb məssisəsi pasiyent qəbulunu dayandıraraq yalnız pandemiya xəstəxanası kimi fəaliyyət göstərəcək. Burada koronaviruslu xəstələrə xidmət göstərən bütün heyət də hospitalın öz əməkdaşlarıdır.

Dünəndən sonra hospitala COVID-19-a yoluxmuş xeyli xəstə daxil olub.

Ölkədə koronaviruslu xəstələrin müalicəsi üçün 20-dan artıq tibb müəssisəsi ayrılıb. Ayın sonun akimi isə daha 6 modul tipli xəstəxananın açılışı olacaq.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.