"Virus əvvəlki kimi aqressiv deyil" - koronavirus xəstələrini evdə müalicə edən həkim
7-07-2020, 19:52
"Virus əvvəlki kimi aqressiv deyil, immuniteti artırın və qorunun".
BiG.AZ-ın verdiyi xəbərə görə, bu sözləri həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu özünün "İnstagram" səhifəsində yazıb.
O, 500-ə yaxın korona pnevmoniyası xəstəsinin ev şəraitində müalicəsində rolu olduğunu və buna görə özünü xoşbəxt hiss etdiyini vurğulayıb:
"Günəş girməyən evə həkim girər. Hər şey yaxşı olacaq. Taxdığımız maskalardan daha çox "böyük maskalar" gizlənib nəsə etməyə çalışsalar belə, bu bitəcək"
Qeyd edək ki, Elnur Rəhimov Azərbaycan Tibb Universitetinin məzunudur. Uzun illər Çin, Rusiya, Ukrayna, Türkiyə və Almaniyada alternativ tibb bölümünə aid fitoterapiya kursları keçib.
2009-2010-cu illərdə Ege Universitetində daxili xəstəliklər şöbəsində çalışıb.
2010-2012-ci illərdə dərman bitkiləri üzrə elmi-tədqiqat araşdırması və müalicəsi ilə məşğul olub.
"Dekorativ bitkilər xalq təbabətində" kitabının həmmüəllifi 2013- cü ildə dərman bitkiləri üzrə elmi iş fəaliyyətinə başlayıb.
"Dr. Eldaroğlu" markası ilə kompleks təsirə malik bir neçə bitki tərkibli dərmanların (Diabennur, Calcinur, Hepanur) tərkibinin müəllifidir.
Apifitoterapiya Mərkəzinin rəhbəri, həmçinin, Avropa Təbiət elmləri Akademiyasının və Türkiyə Apiterapiya cəmiyyətinin fəxri üzvüdür.