“Hər koronavirus xəstəsinə təyin etmək doğru deyil”- Məşhur pulmonoloq DEKSAMETAZON barədə

8-07-2020, 00:00           
“Hər koronavirus xəstəsinə təyin etmək doğru deyil”-
Dexamethasone adlı dərman barədə ÜST məlumat verən kimi, Azərbaycanda əhali bu preparata az qala hücum etdi. Testi pozitiv çıxan, çıxmayan, temperaturu 37-ni keçən dərhal deksametazon vurur.

Teref.Az medicina.az-a istinadən bildirir ki, hazırda İspaniyada olan pulmonoloq Əlizamin Sadiqov deksametazonun kimlərə təyin edilə biləcəyini açıqlayıb:

" Elə bütün COVID-li xəstələrə deksametazon tətbiq edilmir. Xəstəliyin başlanğıcında, simptomsuz dövründə bu doğru addım deyil.

Deksametazon yalnız xəstəliyin 8-ci günündən sonra, ağciyər zədələnməsi, təngnəfəslik, yəni tənəffüs çatışmazlığı və hipoksiya, xəstədə oksigen azlığı olarsa tətbiq olunur. Harda ki, Sitoken fırtınası. Sepsis, orqan iflası gözlənilir.

Deksametazon çox az dozada sutkada 6 mq təyin edilir. O, yalnız reanimasiya və intensiv terapiya şöbələrində yatan və ağciyərləri kəskin zədələnməyə doğru gedən xəstələrə verilə bilər. Hər koronavirusa yoluxana Deksametazon göstəriş deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru