İlkin Rüstəmzadənin yalanları üzə çıxdı: Həyat yoldaşı onu belə ifşa etdi — VİDEO

10-07-2020, 00:06           
İlkin Rüstəmzadənin yalanları üzə çıxdı:
Son günlər “NİDA” Vətəndaş Hərəkatının sabiq üzvü İlkin Rüstəmzadə ilə həyat yoldaşı Əminə Rüstəmzadə arasında baş verənlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.


Demokrat.az Correct.az-a istinadən xəbər verir ki, sabiq Nidaçı fəal İlkin Rüstəmzadə şəxsi hesabında status yazaraq həyat yoldaşı ilə arasında olanları hakimiyyətin ona qarşı təxribatı kimi qiymətləndirsə də məsələnin elə olmadığı üzə çıxıb. Belə ki, İlkin Rüstəmzadənin keçmiş həyat yoldaşı Əminə Rüstəmzadənin səsyazısı yayılıb.


O, səsyazısında bütün olanları olduğu kimi etiraf edib və bildirib ki, İlkin Rüstəmzadə mütəmadi olaraq onu döyüb, təhqir edib: Əminə Rüstəmzadə: “Təhqiramiz şəkildə məni itələyərək telefonumu əlimdən aldı ki, ver görüm nə işlər görürsən telefonda. Mənə dedi ki, sənin xoşuna gəlir sevgililərinlə şəkillərinin yayılması. Məndən ayrılıb kim olacaqsan ki, əxlaqsız olacaqsan. Mənə bu cür sözlər deyir və mən özümdən çıxıb buna qışqıranda deyir sən dəlisən, mənə durduq yerə qışqırıb təhqir edirsən. Başa sala bilmirəm ki, sən öz həyat yoldaşına əxlaqsız deyirsən və məndən də xoş münasibət gözləyirsən. Sonra mənə dedi ki, səni salacam təpiyimin altına, dedim ki, salmayan kişi deyil”.


Bundan sonra Əminə Rüstəmzadə çoxlu sayda dərman içərək intihar etmək istəmiş, İlkin Rüstəmzadə isə baş verən prosesləri güya hakimiyyətin onun ailəsinə göstərdiyi təzyiqin nəticəsi kimi təqdim edərək, məsələ ilə bağlı sosial şəbəkələrdə status paylaşıb. Bunu fürsətə çevirən Azadlıq qəzeti isə məsələni araşdırmadan, qərəzli şəkildə hakimiyyəti İlkin Rüstəmzadəyə qarşı mənəvi terrorda ittiham edib. Qeyd olunan hadisə barədə isə jurnalist Xədicə İsmayılova məlumatlı olmuş, hadisədən sonra Əminə Rüstəmzadəni bir müddət öz mənzilində saxlamış və şəxsi maraqları ilə əlaqədar baş vermiş prosesləri isə gizli saxlamışdır.


Əminə Rüstəmzadə: “Onun hərəkətlərinin qarşılığında mən ona dedim ki, sən azadlığı haqq etmirsən, türməyə geri dönəcəksən. Səni rahat buraxmayacam. O da dedi ki, səni elə buna görə mənim yanıma yerləşdiriblər. Onun mənə zor tətbiq etdiyini əks etdirən görüntüləri paylaşsam hər kəs onun üzünə tüpürəcək ki, arvadın döyüb atır hakimiyyətin üstünə. Sonra Xədicə İsmayıl şəkili tutdu, göndərdi İlkinə ki, sən mənimlə məzələnirsən? Koram, görmürəm qızı döymüsən?”. Bununla yanaşı, Əminə Rüstəmzadə ailə daxilində baş verən istənilən hadisəni məqsədyönlü şəkildə hakimiyyətlə əlaqələndirərək, prosesləri siyasiləşdirdiyini, eləcə də evləndikdən sonrakı dövr ərzində həyat yoldaşı tərəfindən dəfələrlə döyüldüyünü və ağır şəkildə təhqir olunduğunu vurğulayıb: Əminə Rüstəmzadə: “İlkinin o qədər yalanlarını gizlətmişəm ki. İşıqlarımız sönməmişdi, onun kompüterini hökumət yandırmamışdı. Elə mənimlə münasibətlərində də hökuməti gətirib ortamıza qoymuşdu. Məni 190 manatla bağlı da aldatmışdı. Mən də elə bilmişdim ki, hökumət buna görə mənə 190 manat vermək istəmir”.


Əminə Rüstəmzadə həmçinin qayınanası Almas Rüstəmzadənin daim onun arxasınca danışdığını, boşanmaları üçün mütəmadi olaraq İlkin Rüstəmzadəyə psixoloji təsir göstərdiyini də qeyd edib. O, İlkin Rüstəmzadənin həbsdə olduğu müddətdə Almas Rüstəmzadənin əsassız olaraq müxalifət kontingentindən pul toplamaqla məşğul olduğunu, bununla əlaqədar ictimai sektorun onun əməllərindən bezdiyini də vurğulayıb: Əminə Rüstəmzadə: “Profilinə baxdım görüm ki, anası ilə nə yazışıb. Anasının mesajlarını oxudum, biabırçılıq. O sənə əvvəldən yaraşmırdı, əlini sallasan əllisi gələr, rədd olsun, o sənin yanına yerləşdirilib və s. kimi mesajlar yazıb. Anası yazıb ki, axşam niyə gəlmədin, bu da yazıb ki, fikirləşirəm özünə nəsə edər, yanında olum. Birdən intihar edər, işə düşərəm. Onun anası ilə bağlı da mənə çox şey danışıblar. Deyirlər ki, İlkin tutulandan sonra müxalifəti sökürmüş. Bir gün gedib İlkinə görə 5 min avro sələmə pul götürdüyünü deyib, 3 gün sonra gedib deyib ki, ərimdən gizli 10 min sələmə pul götürmüşəm gizli. Axırda bezdirəndən sonra buna deyiblər ki, gətir nə qədər borcun varsa siyahı qoy, bilək hesabımızı. O da siyahını gətirib çıxartmayıb. Nə qədər deyiblər, verməyib siyahını”.


Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.