Özbəkistanda qiyabi ali təhsil ləğv edildi

7-05-2025, 17:34           
Özbəkistanda qiyabi ali təhsil ləğv edildi
Özbəkistan ali təhsil müəssisələrində qiyabi təhsil formasını ləğv edib.

Oxu.Az "Uznews"a istinadən xəbər verir ki, 2025/2026 tədris ilindən etibarən qiyabi formada təhsil üzrə qəbul dayandırılacaq.

Hazırda qiyabi şəkildə təhsil alan tələbələr isə tədrisə adi qaydada davam edəcəklər.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin fərmanına əsasən, qiyabi təhsil əvəzinə alternativ təhsil formaları inkişaf etdiriləcək. Bununla belə, bu formalarda qəbul gündəlik təhsilə qəbulun 50%-ni keçməməlidir. Alternativ təhsil üçün müəyyən edilmiş kvotaları aşmaq kobud pozuntu hesab ediləcək və təhsil müəssisəsinin lisenziyasının ləğv edilməsinə səbəb ola bilər.

Həmçinin bütün ali təhsil müəssisələrində - tabelik statusundan və mülkiyyət formasından asılı olmayaraq - təhsilin keyfiyyətinə nəzarət üçün xüsusi bölmələr yaradılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru