Və yenidən 9 May paradı.

Bu gün, 00:08           
Və yenidən 9 May paradı.
Putin faktiki olaraq "9 May paradı" adlanan siyasi aksiyanın girovuna çevrilib. Bəli, söhbət məhz siyasi aksiyadan gedir, paraddan yox.
Trampın seçilməsi Putinə siyasi izolyasidan çıxmağa fürsət yaradıb, Putin bu fürsətdən maksimum dərəcədə istifadə etməyə çalışacaq və 9 May bunun üçün ideal siyasi-ideoloji tarixdir.
"9 May paradı" adlı siyasi aksiyanın keçirilməsinin məqsədi, bütün dünyaya göstərməkdir ki,Rusiya geosiyasi qütb olaraq qalmaqdadır.
Bəs əgər özünü geosiyasi qütb, post-sovet məkanının "sahibi", Ukraynanı öz əyaləti hesab edən Rusiya, nümayişkəranə keçirilən siyasi aksiyada təhlükəsizliyi təmin edə bilməsə? Təsəvvür edin ki, Çin, ABŞ və ya Avropada keçirilən hərbi parad zamanı, ölkəyə hərbi zərbələr endirilir. Bu, nüfuz baxımından nə dərəcədə böyük zərbədir? Rusiya özünü geosiyasi səhnədə məhz Çin, ABŞ və Avropa ilə bir sıraya qoyur deyə, bu misalı çəkdik.
Öz təhlükəsizliyini qoruya bilməyən ölkə necə geosiyasi qütb ola bilər ki? Və əgər Ukrayna "9 May paradı" adlı aksiyanı poza bilsə, bir sual bütün dünyada çox aktual olacaq. Öz təhlükəsizliyini qoruya bilməyən ölkə ilə geosiyasi məsələlərdə hesablaşmağa dəyərmi?
Hal-hazırda Ukrayna Silahlı Qüvvələrinin qarşısında duran 1(!!!) Nömrəli məqsəd növbəti 2 gündə Rusiyaya kütləvi kombiləşdirilmiş(qanadlı raketlər/dronlar/ballistika və s) zərbələr endirməkdir, ciddi diversiyalar və s.
Putin çox gözəl anlayır ki, geri çəkilə bilməz, paradı keçirməlidir və paradın uğurlu olacağı təqdirdə, siyasi dividentləri qazanmış olacaq, amma əksi olacaqsa...Əksinin olacağı ehtimalı isə olduqca yüksəkdir və Putin artıq geri addım ata bilmir.
Misal üçün dünən, tammiqyaslı müharibənin başlanğıcı gündən Rusiya ərazisinə ƏN kütləvi zərbə qeydə alındı, çox ciddi hadisədir, amma bu azdır. Putin 9 May paradından siyasi dividentlər qazanmaq istəyir, bu arzusunu nəinki puça çıxartmaq lazımdır, əks-effekt yaradacaq hadisəni törətmək lazımdır. Bu da, USQ-nin üzərinə düşür.
USQ həsislik etmədən ehtiyatda olan ballistik raketləri, qalan Storm Shadow-ları, SCALP-ları, uzaqmənzilli dronları işə salmalıdır, başqa sözlərlə "sandığı açmalıdır", amma pambığı yox, Rusiyanın strateji obyektləri "töküb" külə döndərməlidir.
Kamran Cəfərov
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.