İsveçrədə qadın başqasının pişiyini yemlədiyinə görə məhkəməyə verildi

7-05-2025, 15:18           
İsveçrədə qadın başqasının pişiyini yemlədiyinə görə məhkəməyə verildi
İsveçrənin Sürix şəhərində 68 yaşlı qadın qonşusunun Leo adlı pişiyini müntəzəm olaraq yemlədiyinə görə hakim qarşısına çıxarılıb.

Oxu.Az "Swissinfo" saytına istinadla xəbər verir ki, qadın pişiyi o qədər ələ öyrədib ki, o, daha evə qayıtmayıb.

İsveçrə qanunvericiliyinə görə isə pişiklər "başqalarının malı" sayılır və onların sistemli şəkildə bəslənilməsi və sığınacağın verilməsi qanunsuz yiyələnmə hesab edilir.

Şəhər prokurorluğu başqasının pişiyinə qanunsuz yiyələndiyinə görə təqaüdçünün cərimələnməsini tələb edir.

İş materiallarına görə, o, 10 ay ərzində eyni evdə yaşayan Leonu dəfələrlə yemləyib.

Qadın cəza haqqında ilkin qərarı qəbul etməkdən imtina etdiyi üçün iş məhkəməyə gedib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru