Əvəz Zeynallı Türkiyədə müalicələrə başlayıb - AÇIQLAMA

Dünən, 12:51           
 Əvəz Zeynallı Türkiyədə müalicələrə başlayıb - AÇIQLAMA
Xərçəng xəstəliyi səbəbindən azadlığa buraxılan “Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallı hazırda Türkiyədə müalicələrə başlayıb.

Bu barədə Musavat.com-a özəl olaraq, tanınmış jurnalistin özü məlumat verib.

Ə.Zeynallı ən çətin analizlərdən birini verib:

“Analizləri verdik. Srağagün, dünən elə günümüz analizlərlə keçdi. İndi də sonuncu analizi bioakso üzərindən verdik. Burada genetik deyilən bir şey var, hansı üsulla müalicə etməyi müəyyən edirlər. Ən çətin analiz odur. Onun da nəticəsi bu günlərdə açıqlanacaq. Açıqlanan kimi də müalicəyə başlanacaq”.

Ə.Zeynallı müalicənin maliyyə tərəfindən də danışdı:

“Çox bahalı bir prosedurlar olacaq. O haqda da düşünürəm. Hələ ki, əlimizdə dəqiq məlumatlar yoxdur, hansı dərmanlardan, hansı üsullardan istifadə ediləcək, məlum deyil. O dərmanlar və üsullar məlum olanda artıq biləcəyik ki, nə qədər məbləğ olacaq. O zaman yəqin ki, cəmiyyəti və dostları xəbərdar edəcəyik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.