"Betmobil"in bənzəri hərraca çıxarılıb

7-05-2025, 16:38           
"Betmobil"in bənzəri hərraca çıxarılıb
"Bring a Trailer" hərracında 1979-cu il istehsalı "Lincoln Continental" satışa çıxarılıb.

Oxu.Az xəbər verir ki, hazırda avtomobilə 93 333 dollar təklif edilib.

Bu qədər yüksək qiymətin səbəbi onun 1960-cı illərin serialı üçün hazırlanmış "Betmobil"in dəqiq bənzəri olması və alternativ mühərriklə təchiz edilməsidir.

1966-1968-ci illərdə yayımlanan "Qara cəngavər" serialında istifadə olunan bu avtomobil personajın tarixindəki ilk "Betmobil"lərdən biri hesab olunur.

Maşını məşhur özəl avtomobil dizayneri Corc Barris yaradıb.

Satışa çıxarılan "Continental"in salonunda da "Betmobil"də istifadə olunan cihazların imitasiya nümunələri quraşdırılıb.

Avtomobil təkmilləşdirilmiş 6.5 litrlik V8 mühərrik və üçsürətli avtomatik ötürmə qutusu ilə təchiz edilib. Mühərrikin gücü barədə məlumat verilmir.

Xatırladaq ki, orijinal "Betmobil" 2013-cü ildə keçirilən hərracda 4.2 milyon dollara satılıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru