Məşhur reper Rihannanın geyimlərini geyinir

7-05-2025, 15:08           
Məşhur reper Rihannanın geyimlərini geyinir
Müğənni Rihannanın sevgilisi, məşhur reper A$AP Rocky qadın paltarı geyinmək istəyini açıqlayıb.

O, bu barədə "Vogue" jurnalının "The Run-Through" podkastında danışıb.

Musiqiçi etiraf edib ki, tez-tez sevgilisi Rihannanın qarderobundan paltar və aksesuarlar götürür. İfaçının sözlərinə görə, o, feminizmlə maskulinizm (qadınlıq və kişilik) arasında sərhəd görmür.

"Mən nə istəyirəmsə, onu da edirəm. Başqa cəsur kişilərin də hərəkətə keçməsi üçün katalizator olmaq istəyirəm", - deyə A$AP Rocky bildirib.

Müğənni obraz yaradarkən onun üçün heç bir maneə olmadığını etiraf edib.

"Rihannanın hətta oğurladığım bəzi paltarlardan xəbəri belə olmur. Bəzən paparassilərin fotosunu görüb deyir: 'Axı bu, mənim 2021-ci ildən bəri tapa bilmədiyim Miu Miu gödəkçəmdir. Bu nə cəfəngiyatdır?'", - deyə reper zarafatla əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru